https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Benzema "Real"dan ayrılmağının səbəbini açıqladı

Benzema "Real"dan ayrılmağının səbəbini açıqladı

Səudiyyə Ərəbistanı "Əl-İttihad"ının hücumçusu Kərim Benzema sabiq klubu "Real" haqqında danışıb.

QOL.az xəbər verir ki, 36 yaşlı hücumçu 2023-cü ilin yayında Madrid təmsilçisindən ayrılaraq "Əl-ittihad"a keçməsinin səbəbini açıqlayıb: 

"Mən niyə "Real"dan ayrıldım?" Çünki klubla hər şeyə nail oldum. Mən “Real”a uşaq vaxtı gəlmişdim. Çoxlu kuboklar qazandım və komandadan “Qızıl top” sahibi kimi ayrıldım. Bütün arzularım gerçəkləşdi".

O, "Əl-İttihad"la "Real"ı müqayisə edib: "İspaniyada və onun xaricində çıxış etmək tamamilə fərqli şeylərdir. "Əl-İttihad"da hər şey "Real"dakından tamamilə fərqlidir. Və buna baxmayaraq, Səudiyyə Ərəbistanında oynamaq çox çətindir. Çünki həmişə qalib gəlmək lazımdır.

Qeyd edək ki, Benzema cari mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb, 18 qol vurub və 8 məhsuldar ötürmə verib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.