https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Premyer Liqada ən yaxşı oyunçu seçildi

Premyer Liqada ən yaxşı oyunçu seçildi


İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu açıqlanıb.

QOL.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş bu ada layiq görülüb.

30 yaşlı futbolçu mart ayında Premyer Liqada iki matçda (bir qələbə və heç-heçə) iki qol vurub və iki məhsuldar ötürmə edib.

Bruno səsvermədə Jan-Rikner Belleqard (“Vulverhempton”), Antoni Elanqa, Nikola Milenkoviç (hər ikisi “Nottinqem Forest”), Deklan Rays (“Arsenal”) və Jan-Pol van Hekkeni (“Brayton”) geridə qoyub.

Portuqaliyalı futbolçu karyerasında beşinci dəfə Premyer Liqada ayın oyunçusu mükafatını qazanır. O, bu nəticə ilə Ueyn Runi və Robin van Persinin nailiyyətini təkrarlayıb. Bu, Premetr Liqa tarixində üçüncü nəticədir. Yalnız Serxio Aguero, Harri Keyn və Məhəmməd Salah daha çox -  hərəyə 7 dəfə bu mükafatı əldə edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.