https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

AFFA Alluşla bağlı şikayətə baxdı, qərar verildi

AFFA Alluşla bağlı şikayətə baxdı, qərar verildi

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

525.az xəbər verir ki, federasiya tribubalın qərarlarını açıblayıb.

“Səbail” komandasının futbolçusu Süleyman Alluş (Soulyman Allouch) barəsində verilən qərardan şikayət təmin edilməyib.

Misli Premyer Liqasında 26-cı turun  “Zirə” – “Səbail” oyununda  Süleyman Alluşun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçunun 4 oyun cəzalanması və klubun isə 3000 AZN məbləğində cərimə olunması barədə AFFA İntizam Komitəsinin 13 mart 2025-ci il tarixli 
qərarı qüvvədə saxlanılıb.

Bunda başqa, I Liqada çıxış edən “Mingəçevir” klubunun sabiq futbolçusu, 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu barəsində verilən qərardan şikayətə də baxılıb.

Nəzərli Muxtar Mehman oğlunun danışılmış oyunlarda iştiraka görə futbolçunun ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarından futbolçu tərəfindən verilən apellyasiya şikayətinə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu göndərilməsi ilə əlaqədar olaraq təxirə salınıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.