https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Azərbaycan millisi Litvaya qalib gəldi

Azərbaycan millisi Litvaya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.

525.az xəbər verir ki, Siyasət Əsgərovun komandası C Liqasının 4-cü qrupunda Litvanın qonağı olub.

Vilnüsdəki “Jalgiris” stadionunda keçirilən qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Esra Manya (20-ci dəq.) və Nigar Mirzəliyeva (55) vurublar.

Bu qələbə sayəsində 2 oyundan sonra Azərbaycan millisi xalını 4-ə yüksəldib. Qrup lideri Monteneqronun da eyni xalı var. Aprelin 8-də Azərbaycan millisi səfərdə məhz bu komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Bakıda keçirilən Azərbaycan - Montenqro matçı heç-heçə ilə (0:0) başa çatıb. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.