|
|
|
|

Yaponiyanın cənubundakı Kaqosima prefekturasının sahillərində 6 bal gücündə zəlzələ baş verib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yerli vaxtla saat 23:04-də Kaqosima sahillərində baş verən 6 bal gücündə zəlzələ 40 kilometr dərinlikdə baş verib.
NHK dövlət televiziyasının məlumatına görə, yeraltı təkanlar Miyazaki də daxil olmaqla Kyuşu bölgəsindəki sahil prefekturalarında hiss olunub.
Rəsmi Kyodo xəbər agentliyi zəlzələdən sonra bölgədə sunami xəbərdarlığının olmadığını bildirib.
Malik Atilay



