|
|
|
|

Malayziyanın paytaxtı Kuala-Lumpurda təbii qaz boru kəmərinin sızması nəticəsində baş verən yanğın nəticəsində 112 nəfər xəsarət alıb, 47 evə ziyan dəyib.
525.az xarici mediaya istinadən xəbər verir ki, “Malay Mail” qəzetinin məlumatına görə, paytaxtın Putra yüksəklikləri ərazisində boru kəmərində qaz sızması yanğına səbəb olub.
Selangor əyalətinin polis komissarının müavini Mohd Zayni Əbu Həsən yanğın nəticəsində 112 nəfərin xəsarət aldığını bildirib.
Həsən bildirib ki, yanğın zamanı 47 evə ziyan dəyib.
Yerli media səhər saatlarında qaz sızması səbəbindən boru kəmərində başlayan alovun 500 metrə çatdığını və bir neçə kilometr uzaqdan göründüyünü bildirib.
Qeyd edək ki, yanğınsöndürənlərin hadisə yerində müdaxiləsini davam etdirdiyi bildirilib.
Malik Atilay



