|
|
|
|

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb.
525.az “Report”a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.
Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikməsi və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.



