https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Kadinin durumu bəlli oldu

Kadinin durumu bəlli oldu

“Qarabağ”ın zədəli futobolçusu Kadi Borgesin durumu bəlli olub.

Bu barədə QOL.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, Misli Premyer Liqasının 29-cu turunda “Zirə” ilə oyunda topuğundan zədələnərək əvəzlənən braziliyalı yarımmüdafiəçinin sabahdan komanda ilə məşqlərə başlayacağını deyib: 

“İki günlük müalicədən sonra Kadidə bir problem qalmadı. Müayinələr onu göstərir ki, indiki durum üçün vəziyyəti normaldır. Sabah komanda ilə birlikdə məşqə çıxacaq”.

Klub rəsmisi zədəli qapıçı Şahruddin Məhəmmədəliyevdən başqa bütün futbolçuların növbəti oyuna hazır olduğunu da bildirib.

Qeyd edək ki, “Qarabağ” Misli Premyer Liqasının 30-cu turunda “Səbail”in qonağı olacaq. Aprelin 11-də keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.