https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Ançelotti: "Deyəsən, bu oyundan sonra şansımız yoxdur"

Ançelotti: "Deyəsən, bu oyundan sonra şansımız yoxdur"


"Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/4 finalının  "Arsenal"la keçirilən ilk oyunundan sonra fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, italiyalı mütəxəssis səfərdə böyük hesabla (0:3) uduzduqları matçı belə şərh edib:

"Bunu izah etmək asan deyil. Yaxşı əlaqələndirilmiş oyun qura bilmədik. Fərdi oyuna üstünlkü verdik ki, bu da əks təsirini göstərdi. Nəticədə rəqib topa və ən əsası matçın gedişinə daha yaxşı nəzarət etdi".

Ançelotti "Niyə futbolçulara qələbə istəyi aşılaya bilmirsiniz?" sualını isə belə cavablandırıb: "Bu suala da cavab tapmaq çətindir. Qeyd etdiyim kimi, komanda kompakt oynamalıdır.  Düşünürəm ki, bu, mövsüm boyu qarşılaşdığımız əsas problemlərdən biridir". 

"Real"ın çalışdırıcısı 0:3 hesablı məğlubiyyətdən sonra mərhələ adlamaq şanslarının minumuma endiyini də etiraf edib: "Şanslar çox azdır, amma cəhd etməliyik. Bu oyunumuzdan dərs çıxarmalıyıq. Görək, bunu bacaracağıqmı. Deyəsən, bu oyundan sonra şansımız yoxdur, amma futbolda hər şey ola bilər",

Qeyd edək ki, "Real"la "Arsenal" arasında cavab matçın aprelin 16-da Madriddə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.