|
|
|
|

"Komo"nun baş məşqçisi Sesk Fabreqas Almaniyada çalışa bilər.
525.az QOL.az-a istinadən xəbər verir ki, ispaniyalı gənc mütəxəssis "Leyptsiq"in yeni baş məşqçisi olmağa əsas namizədlərdəndir.
Bundesliqa klubu "Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner, “Əl-Əhli”dən Mattias Yaysle, “Şeffild Uensdey”in çalışdırıcısı Danni Rell və hazırda işsiz olan Rojer Şmidt də namizədlər sırasındadır. Ancaq Fabreqas əsas favorit hesab olunur.
Qeyd edək ki, Fabreqas 2024-cü il iyulundan "Komo”nu çalışdırır.



