https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

“Komandamız 3 xal qazanmağa layiq idi” - Millimizin üzvü

“Komandamız 3 xal qazanmağa layiq idi” -  Millimizin üzvü

Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirən Azərbaycan millisi İsveçlə qarşılaşıb.

525.az xəbər verir ki, meydan sahibi komandanın qələbəsi ilə başa çatan matç yığmamızın üzvü Rüstəm Bağırov üçün fərqli göstərici ilə yadda qalıb. Belə ki. millidə debüt edən futzalçı qol da vurmağı bacarıb. Debüt görüşü haqda futzalçı bunları deyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. İsveçə də oyundan 2 gün əvvəl gəlməyimiz xeyrimizə olmuşdu. Çünki biz Bakıda parket örtükdə məşq edir və oynayırıq. Burada isə örtük terafleksdir. Bu örtükdə oynamaq çətindir. Oyuna gəldikdə, baş məşqçinin dediklərini etməyə çalışdıq. Yaxşı başladıq, ardıcıl 2 qol vurduq. Bunun davamını gətirmək üçün də şanslarımız oldu. Təəssüf ki, şanslardan düzgün istifadə edib fərqi artıra bilmədik. İkinci hissədə isə üstünlük rəqibdə idi. Belə alınmağında fiziki baxımdan onlardan geri qalmağımız rol oynadı. Məcbur olub müdafiədən oynadıq. Sadə səhvlərə yol verdik və oyunboyu qazandığımız üstünlüyü qoruya bilmədik. Halbuki birinci hissədəki oyuna və epizodlara görə biz qalib ayrılmalı idik”.

O qeyd edib ki, hər bir idmançının arzusu ölkəsinin şərəfini qorumaqdır: “Millinin heyətində ilk oyunuma çıxdım. Hər bir idmançının arzusu, stimuludur ki, ölkəsinin şərəfini qorusun. Oyunun gedişində qol hesabımı da açdım. Təbii ki, hər iki göstərici şəxsi karyeram baxımından yaxşıdır. Ancaq çox istəyərdim ki, Helsinqborqdan qələbə ilə dönək. Yenə deyirəm, komandamız 3 xal qazanmağa layiq idi. Bu oyunu unudub aprelin 15-də Xorvatiya ilə keçirəcəyimiz matça köklənməliyik. Qrupda son oyunumuz olacaq. Doğma meydanda keçirəcəyik bu görüşü. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.