https://525.az/img/pics/medium/2025-01/340760_6u0p40oexn.jpg "Köhnəlməyən xiffət"ə sözardı... - Şahanə Müşfiq yazır
https://525.az/img/pics/medium/2024-05/313657_2wkfk1wic1.jpg Cəmo bəyin satiralarında faşizmin ifşası - Asif Rüstəmli yazır
https://525.az/img/pics/medium/2025-05/353019_kka912q39m.jpg İbrahimbəyov fraqmentləri - Maqsud İbrahimbəyov-90
https://525.az/img/pics/medium/2024-03/306977_gr49h1gdka.jpg Ana dilinə sevgi anadan başlanır - Mustafa Çəmənli yazır
search
15 May 2025

Konseysao: "Mənə hörmət edilmir"

Konseysao: "Mənə hörmət edilmir"


"Milan"ın baş məşqçisi Serxio Konseysao komandadan ayrılacağı haqda məlumatlara münasibət bildirib.

QOL.az xəbər verir ki, mütəxəssis bu məlumatları təkzib etməyib: 

"Mən bura gəlib Superkuboku qazanandan bəri hər gün "Milan"a tezliklə yeni məşqçinin təyin olunacağı barədə danışılır. Mənim üçün fərqi yoxdur, amma komanda bütün bu xəbərləri oxuyur və ona görə də stabillik yoxdur.

Sabah daha yaxşı olmaq üçün bu gün çalışmalıyıq. Mənim üçün də asan deyil. Çünki mənə lazımi hörmət yoxdur. İnsanlar elə danışırlar ki, sanki "Milan"ın baş məşqçisi komandaya heç futbol oynatmayıb. Gələcəyim heç nədən asılı deyil. Kuboku qazanmaq üçün “İnter”lə növbəti oyuna hazırlaşmalıyam".

Qeyd edək ki, bu gün insayder Fabritsio Romano "Milan"ın baş məşqçisi ilə mövsümün sonunda yollarını ayırmaq qərarına gəldiyi haqda məlumat paylaşıb. 

50 yaşlı mütəxəssis 2024-cü ilin dekabrında "Milan"a baş məşqçi təyin edilib. Komanda onun rəhbərliyi altında bütün turnirlərdə 24 oyun keçirib, 11 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 8 matçda isə məğlub olub.

"Milan" hazırda İtaliya A Seriyasında 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşır.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.