https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Xabi Alonsonun əvəzinə Arda Güler

Xabi Alonsonun əvəzinə Arda Güler

Məlum olduğu kimi, "Real" hazırkı baş məşqçisi Karlo Ançelottini istefaya göndərərək komandaya "Bayer"in çalışdırıcısı Xabi Alonsonu gətirməyi planlaşdırır.

QOL.az xəbər verir ki, məsələ ilə əlaqədar "Bayer"lə Madrid təmsilçisinin arasındakı danışıqların detalları ortaya çıxıb. Bu barədə "Diario Sport" məlumat yayıb. 

Leverkuzen klubu Alonso ilə müqaviləsini vaxtından əvvəl ləğv etmək üçün "Real"ın qarşısına şərt qoyub. Belə ki, "Bayer" bu addımın qarşılığında "Real"ın futbolçularından birini istəyir. Almaniya təmsilçisinin nəzərdən keçirdiyi oyunçulardan biri də Türkiyə millisinin üzvü Arda Gülerdir. 

Xəbərdə o da qeyd olunub ki, "kral klubu" 20 yaşlı yarımmüdafiəçinin icarə əsasında "Bayer"də oynamasına müsbət yanaşır. "Real" rəhbərliyi hazırda komandada kifayət qədər oyun şansı almayan futbolçunun "Bayer"də inkişaf edəcəyinə inanır.

Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, cari mövsüm 34 matçda iştirak edib, 3 qol vurub və 7 qolun ötürməsini verib. Arda bu görüşlərin əksəriyyətində ehtiyatdan meydana çıxıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.