https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

525.az xəbər verir ki, əvvəlcə yarımfinalın cavab matçında "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Səfərdə keçirilən ilk oyunda 0:1 hesabı ilə uduzan "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada 3 cavabsız qolla qalib gəlib və finala yüksəlib.

Digər oyunda isə "Neftçi" "Sabah"ın qonağı olub. "Neftçi"nin meydanında keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn "Sabah" bugünkü görüşdə qeydə alınan 1:1 hesablı heç-heçədən sonra finala yüksəlib.

Beləliklə, tarixində ilk dəfə Azərbaycan kubokunun finalına yüksələn "Sabah" həlledici görüşdə "Qarabağ"la qarşılaşacaq.

Qeyd edək ki, kubokun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

23 aprel (çərşənbə)

20:00. “Sabah” – “Neftçi” - 1:1 

Qollar: Cesse Sekidika, 23 (1:0), Emin Mahmudov, 40 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
“Bank Respublika Arena”

İlk oyun - 2:1

17:00.“Qarabağ” – “Araz-Naxçıvan” - 3:0

Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabar
Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 0:1

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.