https://525.az/img/pics/medium/2025-05/353018_lnx3p2r5j8.jpg "Azərbaycan qadınları xalqımızın tarixinə sanballı töhfələr veriblər"
https://525.az/img/pics/medium/2025-01/340760_6u0p40oexn.jpg "Köhnəlməyən xiffət"ə sözardı... - Şahanə Müşfiq yazır
https://525.az/img/pics/medium/2024-05/313657_2wkfk1wic1.jpg Cəmo bəyin satiralarında faşizmin ifşası - Asif Rüstəmli yazır
https://525.az/img/pics/medium/2025-05/353019_kka912q39m.jpg İbrahimbəyov fraqmentləri - Maqsud İbrahimbəyov-90
search
15 May 2025

Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazandı

Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazandı

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı keçirlir.

525.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayıb.

Rəşid Məmmədəliyev (73) 1/16 finalda Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib. O, ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədyarov 1/4 finalda Joan-Benjamin Qabana (Fransa) qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə Danil Lavrentevlə (İJF) qarşılaşıb və ipponla məğlub olub.

Rəqib növbəti görüşdə qələbə qazandığından Məmmədəliyev bürünc medal uğrunda Daniel Zeqedi (Macarıstan) ilə mübarizə aparıb. İdmançımız qalib gələrək qitə çempionatında medal qazanan Azərbaycan cüdoçularının sayını ikiyə çatdırıb.

Bu gün mübarizəyə qoşulan Fidan Əlizadə (57 kiloqram) isə  1/16 finalda Anastasiya Sokiryanskanı (Latviya)  məğlub edib. O, 1/8 finalda Benta Ndiayeə (İsveçrə)  məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd dək ki, ötən gün beş idmançımız turnirdə mübarizə aparıb. Onlardan yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanmağı bacarıb.

Əlavə edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.