https://525.az/img/pics/medium/2025-05/352563_zpfn13jbim.jpg "Ermənistanın dağ-mədən sənayesi bütün bölgə üçün ekoloji təhlükədir"
https://525.az/img/pics/medium/2025-05/352709_4uqdskp1uh.jpg “525-ci qəzet”in 13 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-12/294591_qrwivaigrh.jpg Sultan Süleymanın süd qardaşı - Türkan Turan yazır
search
12 May 2025

Hidayət Heydərov Monteneqroda mükafatlandırılıb

Hidayət Heydərov Monteneqroda mükafatlandırılıb

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov və cüdo millisinin baş məşqçisi Riçard Trautman Monteneqroda mükafatlandırılıb.

525.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, H.Heydərov 2024-cü ilin ən yaxşı kişi cüdoçusu adına layiq görülüb.

Ona mükafatı Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Tot təqdim edib.

EJU-nun rəsmi saytında bu barədə yazılır: "Bu idmançı yeniyetmə və gənc yaşlarında Avropa, dünya çempionu titullarını qazanaraq adından söz etdirmişdi. Zamanla öz potensialını reallaşdırmaqda qətiyyət göstərdi. 2024-cü ildə dördüncü dəfə Avropa çempionu oldu, ardınca dünya və Olimpiya çempionluqlarını qazandı. Bir ildə bu qədər böyük uğura imza atmaq nadir hadisədir. Bu möhtəşəm nailiyyətin sahibi isə Azərbaycan təmsilçisi Hidayət Heydərovdur".

Avropada ilin ən yaxşı kişi məşqçisi isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Riçard Trautman seçilib. Ona mükafatı Avropa Cüdo Birliyinin idman direktoru Aqron Kuka təqdim edib.

EJU-nun saytında Trautmann haqqında bunlar qeyd edilib: "2024-cü ildə bu məşqçi iki Avropa, iki dünya və iki Olimpiya çempionluğu qazandıraraq hər xalq üçün böyük uğur sayılan bir nəticəyə imza atdı. Azərbaycan komandasının lideri həm rəhbərlik etdiyi idmançıların möhtəşəm nailiyyətləri, həm də Olimpiya ilində qazandığı şəxsi uğurlarına görə qürur duya bilər".

Qeyd edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə həm Hidayət Heydərov, həm də Riçard Trautman dünya üzrə də ilin ən yaxşıları seçilmişdilər.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.