https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

“Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub

“Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub

“Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub.

525.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının daha bir mükafatçısı bəlli olub.

“Qarabağ”ın ardından “Zirə” də “üçlük”də yerini təmin edib.

Buna XXXII turun “Turan Tovuz” – “Şamaxı” oyunu səbəb olub. 1:1 hesablı bərabərlikdən sonra “Zirə” mükafatlardan birini qazanıb. Rəşad Sadıqovun yetirmələrinin 61, 4-cü olan Tovuz təmsilçisinin 49 xalı var və sonuncular qələbə sayında rəqibinə çatmaq imkanını itirib.

Bu, "Zirə"nin Azərbaycan çempionatlarında 4-cü mükafatıdır. Komanda 2015/2016 və 2024/2025 mövsümlərində gümüş, 2022/2023 mövsümündə isə bürünc medalların sahibi olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.