https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

AFFA "Kəpəz"in şikayətini qismən təmin etdi

AFFA "Kəpəz"in şikayətini qismən təmin etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Kəpəz"in AFFA Gənclər Liqasında mübarizə aparan futblçusu Amur Yusifova verilən cəza ilə bağlı şikayətinə baxıb.

525.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisinin apellyasiya şikayəti qismən təmin edilib.

Qərarda bildirilib: "16 aprel 2025-ci il tarixdə AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Qarabağ” PFK oyununun 67-ci dəqiqəsində “Kəpəz” PFK komandasının 8 nömrəli futbolçusu Amur Yusifov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçunun 3 oyun cəzalanması (maddə 43.1) barədə AFFA İntizam Komitəsinin 23 aprel 2025-ci il tarixli qərarı dəyişdirilərək 3 oyunluq cəzanın 1 oyunu şərti tətbiq edilsin.

Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunsun və sınaq müddətinin başlanğıcı 23 aprel 2025-ci il tarixdən hesablansın.

Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin"..

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.