https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Malayziya Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edəcək

Malayziya Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edəcək

Malayziya Şahmat Federasiyası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 17-də şahmat turniri keçirəcək.

525.az-a federasiyadan bildirilib ki, Azərbaycanın Malayziyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbir artıq üçüncü ildir ki, bütün şahmatçıların diqqətini cəlb edir.

Turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Hər oyun üçün 15 dəqiqə vaxt və hər gedişə 10 saniyə əlavə vaxt veriləcək. Oyunlar şahmatın rapid növündə keçiriləcək. Turnir FİDE-nin rəsmi təqviminə daxil edilib.

Federasiya kişilərin açıq bölməsinin qalibinə 1000 və qadınlar bölməsinin qalibinə 800 olmaqla, 7500 Malayziya ringgiti məbləğində mükafat fondu ayırıb.

Həmçinin hər bölmədə 10 əsas mükafat və U-18, U-12 və 50 yaşdan yuxarı veteranlar, sağlamlıq imkanları məhdud olan oyunçular üçün əlavə mükafatlar oynanılacaq.

FİDE reytinqi 2100 və daha yüksək olan kişi, həmçinin reytinqi 1900 və daha yüksək olan qadın oyunçular turnirdə pulsuz iştirak etməyə dəvət olunurlar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.