|
|
|
|

İsveçin paytaxtı Stokholm yaxınlığında yerləşən Uppsala universitet şəhərciyinin mərkəaində atışma olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində 3 nəfər ölüb.
Hadisə yerinə dərhal gələn polis cinayətkarın axtarışlarına başlayıb.
Qeyd edək ki, cinayətin kim tərəfindən törədilməsi, motivləri, həmçinin, öldürülən şəxslərin kimliyi hələlik bəlli deyil.
L.Tağıyeva



