https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

“Nürnberq” Mahir Emrelinin durumunu rəsmən açıqladı

“Nürnberq” Mahir Emrelinin durumunu rəsmən açıqladı

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.

525.az xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqanın “Fortuna Düsseldorf”a qarşı 31-ci tur matçında (3:3) əlindən zədə almış və son məşqlərə xüsusi şinlə çıxmışdı.

“Nürnberq”in saytı Emrelinin son vəziyyətini açıqlayıb. Qeyd edilib ki, o, mayın 4-də “Elbersberq”a qarşı 32-ci turun ev oyununda meydana çıxa biləcək və bu zədə hücumçu üçün problem yaratmır.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze də zədənin Mahirə problem yaradacağını düşünmür. O deyib: “Futbolda avtomatik olaraq ikili mübarizələrə girirsən. Mənə elə gəlmir ki, bu, ona mane olacaq”.

Qeyd edək ki, Emreli son turlar uğurlu oyunu ilə diqqət çəkir. Azərbaycanlı futbolçu son 3 bundesliqa matçında 4 qol vurub. Ümumən isə Mahir 21 bundesliqa matçında 7 dəfə rəqib qapısına yol tapıb. (QOL.az)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.