https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

“Traktor” İran çempionu oldu!

“Traktor” İran çempionu oldu!

“Traktor” komandası 2024/25 mövsümü İran Pro Liqasının qalibi olub.

525.az xəbər verir ki, Təbriz təmsilçisi tarixində ilk dəfə ölkə çempionu adını qazanıb.

“Traktor” mövsümün sonuna 2 tur qalmış bu adı təmin edib. 56 yaşlı xorvat Draqan Skoçiçin baş məşqçisi olduğu komanda bu gün 28-ci turda səfərdə - Qəzvində yerli “Şəms Azar” üzərində 4:0 hesablı qələbə qazanıb və xalını 64-ə yüksəldib. Qolları Drozdek (2, 31-ci dəq.), Hosseinzadə (9) və Rikardo Alves (84-pen.) vurub.

Cənubi Azərbaycan klubunun ən yaxın izləyicisi olan “Sepahan” (İsfahan) isə öz meydanında 5-ci yerdə qərarlaşmış “Qohar”a uduzub - 1:2 və xalı 56-da qalıb.

Beləliklə, “Sepahan”ın bu məğlubiyyətindən sonra onunla “Traktor” arasında xal fərqi 8-ə yüksəlib. Bu isə o deməkdir ki, son 2 turun nəticəsindən asılı olmayaraq, “Traktor” hazırkı mövsümü lider kimi başa vuracaq.

Əlavə edək ki, bunadək “Traktor”un İran yüksək liqasında ən yaxşı nəticələri 3 dəfə 2-ci yeri, 2 dəfə isə 3-cü yeri tutmağı olmuşdu.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.