https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Ayxan Abbasov: "Məşqçi kimi mənim üçün çətin olacaq"

Ayxan Abbasov: "Məşqçi kimi mənim üçün çətin olacaq"

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 33-cü turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

525.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında görüşün maraqlı keçdiyini bildirib: "Bilirdik ki, "Səbail" son matçlara final kimi yanaşır. Aqressiyaları, istəkləri görünürdü. "Araz-Naxçıvan"la görüşdə də pis oynamamışdılar. Önə keçəndən sonra epizodları dəyərləndirə bilmədik. Hesab 2:0 olsaydı, oyun bitəcəkdi. Penaltidən sonra üstünlük rəqibdə oldu. Bu da normaldır. 1 xal qazandıq. Bu gün azarkeşlər çox idi. Onlara 3 xal hədiyyə etmək istəyərdik. Məğlubiyyətsiz seriyamız davam edir. Bu stabilliyi ikinci dövrədə göstərə bilsəydik, bu gün başqa yerlər uğrunda oynayardıq. İldən-ilə təcrübə qazanacağıq. Çempionatda əsas işimizin öhdəsindən gəlmişik. Futbolçuların peşəkar yanaşması məni sevindirir".

Mütəxəssis futbolçusu Edqar Adilxanovun zədəsisinin ciddi olmasını qeyd edib. 

A. Abbasov deyib ki, büdcənin tam bilinmədiyi üçün heyəti qorumaq çətindir: "Sponsorsuz komandayıq. Dövlətin ayırdığı pulla komandanı saxlamışıq. Yəqin, yaxın günlərdə bəlli olar. Bəzi futbolçularla müqaviləmiz var. Yenidən komanda qurmaq, seleksiya aparmaq bir məşqçi kimi mənim üçün çətin olacaq. Vəziyyət yaxşı deyil. Bu il işimizin öhdəsindən gəlmişik. Gələn mövsümə hazırlıq getməlidir. Biz gecikirik. Kömək olmasa, çox çətin olacaq".

Mütəxəssis çətinliklərə baxmayaraq, qapıçıları Rikardo Fernandeslə müqavilə bağlaya bildiklərini vurğulayıb: "Bütün legionerlərlə danışırıq. Rikardo komandanın əvəzolunmaz simasıdır. Təklifləri var idi. Onunla razılığa gələ bildik". (QOL.az) 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.