https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Mahir Emreli ilə hansı liqa komandaları maraqlanır?

Mahir Emreli ilə hansı liqa komandaları maraqlanır?

"Nürnberq"lə mövsümün sonunda müqaviləsini ləğv edəcəyi açıqlanan Mahir Emreli Almaniya karyerasını davam etdirə bilər.

QOL.az xəbər verir ki, bununla bağlı Almaniyanın nüfuzlu "Kicker" nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, Azərbaycan millisini üzvü Bundesliqa klubuna keçə bilər. Son oyunlardakı performansı ilə diqqətləri cəlb edən Mahirlə 2-ci Bundesliqa klubları ilə yanaşı, Bundesliqa təmsilçilərinin də maraqlandığı bildirilib.

Bir müddət əvvəl isə "Bild" qəzeti Emrelinin Bundesliqada çıxış edən 2 klubun hədəfində olduğunu yazmışdı. Bu, Mahirin ardıcıl 3 oyunda 4 qol vurduğu vaxta təsadüf etmişdi. 

Qeyd edək ki, 28 yaşlı hücumçu ötən ilin yayında "Nürnberq"ə keçib. O, bu  mövsüm Almaniya təmsilçisinin heyətində bütün turnirlərdə 23 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.