https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

“Neftçi" Futbol Klubunun zərəri kəskin azalıb

“Neftçi" Futbol Klubunun zərəri kəskin azalıb

“Neftçi Futbol Klubu” MMC 2024-cü ili 120 min manat zərərlə başa vurub.

525.az klubun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 29,3 dəfə azdır.

Ötən il “Neftçi Futbol Klubu” əvvəlki illə müqayisədə 41 % çox - 28,25 milyon manat gəlir əldə edib. Bunun 3,385 milyon manatı sponsorlardan daxilolmalardan (5 dəfə az), 99 min manatı bilet satışından (24,4 % az), 22,456 milyon manatı sair gəlirlərindən (43,1 dəfə çox), 2,31 milyon manatı Futbolun İnkişafı Fondundan daxilolmalardan (9,9 % az) əldə olunub.

Ötən il ərzində klubun xərcləri 19,9 % artaraq 28,195 milyon manat təşkil edib. Bunun 20,264 milyon manatı əməkhaqqı və mükafat xərclərinə (26,9 % çox), 403 min manatı əsas vəsaitlərin amortizasiyasına (8,3 % çox), 968 min manatı qeyri-maddi aktivlərin köhnəlməsinə (1 164,9 dəfə çox), 85 min manatı agentlərə (vasitəçilərə) ödənilmiş məbləğlərə (3,8 dəfə az), 81 min manatı qadın futboluna çəkilən xərclərə (40 % çox), 6,394 milyon manatı sair xərclərə (5,9 % az) yönəldilib. Bundan əlavə klubun maliyyə xərcləri 4,4 dəfə artaraq 176 min manata çatıb, bu isə 2024-cü ili zərərlə başa vurmağına səbəb olub.

Bu il yanvarın 1-nə “Neftçi Futbol Klubu”nun aktivləri 18,818 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 37 % çoxdur. Hesabat dövründə klubun öhdəlikləri 86,3 % artaraq 11,243 milyon manata, balans kapitalı isə 1,6 % azalaraq 7,575 milyon manata düşüb.

Xatırladaq ki, 1937-ci ildə “Neftyanik” futbol klubu yaradılıb. 1968-ci ildə isə bu klubun adı rəsmi olaraq dəyişdirilərək “Neftçi” olub ("Report")

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.