https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Neftçi" "Turan Tovuz"a qalib gəldi, "Səbail" 1-ci liqaya düşdü

"Neftçi" "Turan Tovuz"a qalib gəldi, "Səbail" 1-ci liqaya düşdü

Misli Premyer Liqasında 34-cü tur davam edir. 

525.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçirilir. 

Əvvəlcə “Səbail” “Zirə”ni qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

22 xalla 10-cu olan “Səbail” Premyer Liqada qalmaq üçün bugünkü matçda mütləq qələbə qazanmalı idi. Budur ki, Elvin Məmmədovun komandası 1-ci Liqaya yuvarlanıb. "Zirə" isə 70 xalla 2-ci yerdədir. 

Günün ikinci oyununda isə “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, "Turan Tovuz" 49 xalla 4-cü, "Neftçi" isə 40 xalla 6-cı yerdədir. 

Qeyd edək ki, Misli Premyer Liqasında "Qarabağ" artıq çempionluğu, "Zirə" isə 2-ciliyi təmin edib.

10 may (şənbə)

19:30. “Turan Tovuz” - “Neftçi” - 1:2

Qollar: Emin Mahmudov, 9 (0:1), Rəhim Sadıxov, 16 (1:1), Dembo Darbo, 32 (1:2)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu

17:00. “Səbail” - “Zirə” - 0:1 

Qol: Davit Volkov, 90+1
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
“ASCO Arena”

11 may (bazar)

18:00. “Kəpəz” - “Sumqayıt”

20:00. “Qarabağ”– “Araz-Naxçıvan”

9 may (cümə)

“Sabah” - “Şamaxı” - 3:1

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.