|
|
|
|
Fransanın Buş-dyu-Ron departamentində ildırım "Barbon" zooparkının ərazisinə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 13 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.
Hadisə dünən günorta baş verib. Xəsarət alanlardan 4-ü azyaşlıdır. "Salon-de-Provans" xəstəxanasına yerləşdirilən 29 yaşlı almaniyalı turist qadının vəziyyətinin kritik olduğu bildirilir.
Qeyd edək ki, ildırım zoopark ərazisində insanların gəzdiyi boş sahəyə düşdüyündən infrastruktur zədələnməyib, heyvanlar arasında isə tələfat olmayıb.
L.Tağıyeva