Türkiyənin xarici işlər naziri Hakan Fidan 25-27 may tarixlərində Rusiyaya səfər edəcək.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Səfər çərçivəsində Fidan rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.