Elektrik kəsilməsindən cəmi dörd həftə sonra ölkədəki bütün əsas mobil şəbəkələrin çökməsi ilə İspaniya yeni böhranla üzləşib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün mobil telefon operatorlarının - “Movistar”, “Orange”, “Vodafone”, “Digimobil” və O2-nin - fəaliyyətində kəsinti müşahidə olunub.
Qeyd olunub ki, problem bu gün səhər saat 5 radələrində başlayıb və həm internetə, həm də telefon xidmətlərinə təsir edib.
İbrahim Cəfərov