Son üç gündə ümumilikdə 438 əfqan məhbus Pakistan həbsxanalarından azad edilərək Əfqanıstana qaytarılıb.
525.az xəbər verir ki, bu barədə ölkənin Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb.
Açıqlamada ölkənin cənubundakı Qəndəhar əyalətindəki Spin Boldak və ölkənin şərqindəki Nanqarhar əyalətindəki Torham sərhəd-keçid məntəqələrində yardım alan geri dönənlərin öz əyalətlərinə aparıldığı bildirilib.
Son iki həftə ərzində Pakistanda saxlanılan 1000-ə yaxın əfqan azad edilərək vətənlərinə qaytarılıb.
Təxminən 7 milyon əfqan qaçqın, çoxu sənədsiz, hələ də xaricdə, əsasən qonşu İran və Pakistanda yaşayır.
Pərvanə Sultanova