Rusiya İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun İrəvana səfəri ərəfəsində Ermənistan paytaxtındakı Kiyev körpüsündən Rusiya əleyhinə plakatın asılmasına münasibət bildirib.
525.az APA-ya istinadən xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə məlum aksiya ilə bağlı ABŞ səfirliyini ittiham edib.
O xatırladıb ki, ABŞ-ın Ermənistandakı səfirliyində 2 minə yaxın adam işləyir. "Görünür, bəzilərinin USAID xətti ilə köçürülən pulları hələ tükənməyib, ona görə də bu cür layihələrə xərcləyirlər.
ABŞ səfirliyində başa düşməyiblər ki, Rusiya-Ermənistan münasibətlərini pozmaqla deyil, Rusiya-Amerika münasibətlərini gücləndirməklə məşğul olmaq lazımdır".