Bu gün Kermadek adaları yaxınlığında ardıcıl 2 güclü yeraltı təkan qeydə alınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk yeraltı təkan 5 bal gücündə olub.
Bundan bir neçə saat sonra həmin ərazidə 5,3 baş gücündə daha bir zəlzələ baş verib.
Zəlzələnin episentri Raul arxipelaqından 260 km cənubda, Sakit okeanda, 30-60 km dərinlikdə yerləşib.
Zəlzələnin fəsadları barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.
L.Tağıyeva