İsrail millisinin 31 yaşlı üzvü Qadi Kinda dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümünə səbəb onkoloji xəstəlik olub.
Makkabi "Hayfa"sının yarımmüdafiəçisi sonuncu dəfə martın 29-da "Hapoel"lə oyunda meydana çıxıb. Daha sonra müalicə alan Kinda mayın əvvəlində ağır vəziyyətdə Hayfa xəstəxanalarından birinə yerləşdirilib.
Qeyd edək ki, Qadi Kinda Efiopiyada anadan olub. 3 yaşında ikən ailəsi ilə İsrailə köçüb. Millinin heyətində 10 oyunda iştirak edib, 2 qol vurub.
L.Tağıyeva