Rusiyada söndürülməmiş siqaret kötüyünü otluq əraziyə atan şəxs güclü yanğına səbəb olub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə İrkutsk vilayətində baş verib.
Yanğın qısa zamanda geniş əraziyə yayılıb və 8 saata söndürülüb. Ümumilikdə isə siqaret 31 hektar ərazini əhatə edib.
Qeyd edək ki, yanğını törətməkdə şübhəli bilinən 46 yaşlı İrkutsk sakini saxlanılıb. Onun əməlində cinayət tərkibi aşkarlanarsa, bir neçə illik həbs oluna bilər.
L.Tağıyeva