Astanada Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev ilə Türkmənistanın Nəqliyyat və Rabitə Agentliyinin baş direktoru Məmmətxan Çakıyev arasında danışıqlar aparılıb.
525.az Türkmənistan mediasına istinadən xəbər verir ki, tərəflər əsas nəqliyyat istiqamətlərində birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.
Ölkənin aviasiya sektorunda bu il Almatı-Aşqabad reysini bərpa etmək planlaşdırılır. Bu addım Qazaxıstan və Türkmənistan arasında ticarət, iqtisadi və turizm əlaqələrini gücləndirməlidir.
Avtomobil sənayesində tərəflər əsas diqqəti Şimal-Cənub dəhlizinin inkişafına yönəldəcəklər. Manqistau vilayətində yolun Janaozendən Kenderlidən keçməklə Türkmənistan sərhədinə qədər olan hissəsində tezliklə təmirə başlanılacaq.
Nəqliyyat proseslərinin rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilib. Qazaxıstan və Türkmənistan xarici icazə blanklarının mübadiləsi sisteminin elektron formata keçirilməsi barədə razılığa gəliblər. Bu qərar Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nəqliyyat departamentlərinin iştirak etdiyi altıtərəfli iclasda qəbul edilib.
Nazirlər beynəlxalq daşımaların rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq haqqında iki memorandum imzalayıblar. Sənədlər elektron sənəd dövriyyəsi sisteminin yaradılmasını və yüklərin onlayn izlənilməsini nəzərdə tutur.
Tərəflər, həmçinin Mərkəzi Asiya ölkələri ilə Çin arasında avtomobil və dəmir yolu nəqliyyatı üçün sərhəd keçid prosedurlarının sadələşdirilməsini müzakirə edilib.
Pərvanə Sultanova