ABŞ-də Lori Ryu adlı qadın 1938-ci ildə itirilmiş üzük tapıb və onun üzüyün sahibinin nəvəsinə qaytarıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolinada avtomobilini parklayan zaman Lorinin diqqətini parıldayan əşya cəlb edib.
Əşyanın üzük olduğunu görən qadın onun sahibini və ya ailəsini axtarmağı qərara alıb.
Lupa vasitəsilə üzüyün içərisində "Uolles Qarst, Virciniya Politexnik İnstitutunun məzunu, 1938" yazısı onun köməyinə gəlib. Qısa araşdırmadan sonra Qarstın nəvəsini Loru Stonu tapan Lyu üzüyü ona qaytarıb.
L.Tağıyeva