2 polis əməkdaşına hücum edərək onları dişləyən pişik həbs olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dodaqqaçıran hadisə Tailandda baş verib.
Pişik dərhal həmin polislər tərəfindən tutulub, protokol tərtib edilib. Bundan sonra fotosu çəkilib, narkotik vasitə qəbul edib-etməməsi barədə sidik analizi, həmçinin, barmaq izləri əvəzinə pəncəsinin izləri götürülüb. Pişiyin bəxtindən analizin cavabları "təmiz" çıxıb.
Qeyd edək ki, sahibi pul müqabilində pişiyi zaminə götürüb. Deyilənə görə, polislərin tapşırığı ilə sahibi pişiklə maarifləndirici söhbət də aparıb.
L.Tağıyeva