Misirdə hərəkətdə olan 2 gəzinti kateri toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə katerlərin biri tamamilə yanıb.
Hadisə Hurqada şəhərində, liman yaxınlığında baş verib. Toqquşma nəticəsində katerlərin birində yanğın başlayıb ki, güclü külək üzündən qısa zamanda söndürmək mümkün olmayıb.
Qeyd edək ki, katerlərdə turistlər olmadığından qəza itkisiz ötüşüb. Yalnız yanan katerdə 1 nəfər yüngül xəsarət alıb.
L.Tağıyeva