Son 24 saat ərzində Qəzza zolağında daha 98 nəfər həlak olub.
525.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş bildirib.
O, İsrailin Qəzzanın müxtəlif bölgələrinə şiddətli hücumlar təşkil etdiyini söyləyib.
Səhiyyə Nazirliyinin baş direktoru qeyd edib ki, son 24 saatda 98 nəfər həyatını itirib ki, onlar arasında uşaqlar və qadınlar da var.
İsrailin Qəzza sektorunda martın 18-də hərbi əməliyyatları bərpa etməsindən ötən dövr ərzində 3 059 nəfər ölüb, 9 909 nəfər yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 53 655, yaralıların sayı 121 650 nəfərə çatıb.
İbrahim Cəfərov