|
|
|
|

AFFA Gənclər Liqasının qalibi bəlli olub.
525.az xəbər verir ki, çempionatın 36-cı turunda “Sabah”ın U-19 komandası səfərdə “Zirə” ilə qarşılaşıb.
Binə qəsəbə stadionunda keçirilən görüş Masazır təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev vurublar.
Beləliklə, bu qələbədən sonra "Sabah" xal sayını 89-a çatdıraraq mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.



