https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Region Liqasının çempionu oldular

Region Liqasının çempionu oldular

AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.

525.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən final oyununda “Şirvan” və “Xankəndi” komandaları qarşılaşıblar.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn “Xankəndi” kollektivi çempion olaraq, II Liqada iştirak hüququ əldə edib. Komanda növbəti mövsüm UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək. “Şirvan” isə II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirəcək.

III yer uğrunda qarşılaşmada “Ağstafa Gəncləri” komandası “Göyəzən” kollektivini 5:2 hesabı ilə məğlub edərək, bürünc medal qazanıb.

Oyunlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. 20 qol vuran “Şirvan” OİK komandasının oyunçusu Cavid Nəcizadə bombardirə təqdim olunan mükafata yiyələnib. “Xankəndi” komandasından isə Sərxan Ağayev Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.

Nəhayət, “Ağstafa Gəncləri” bürünc, “Şirvan” gümüş medalla, “Xankəndi” isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.