https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Xal itkisi meydan amilinə görə idi" - Millimizin kapitanı

"Xal itkisi meydan amilinə görə idi" -  Millimizin kapitanı

“Bütün tapşırıqları yerinə yetirdik və qələbə qazandıq. Hamını qələbə münasibəti ilə təbrik edirəm”.

525.az xəbər verir ki, bu sözləri minifutbol üzrə milli komandamızın kapitanı Elvin Əlizadə Bakıda keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Sloveniya üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edərkən deyib.

O, qrup mərhələsinin son turunda Mavritaniya ilə matçda da qalib gələcəklərinə inanır: “Mavritaniya yaxşı rəqibdir. Daha cəld, daha sürətli komandadır. Lakin taktiki cəhətdən yaxşı görsənmirlər. İnşallah, həmin matçda da qələbə qazanacağımızı düşünürəm. Biz daha yaxşı hazırlaşmışıq”.

Təcrübəli futbolçu ilk turda Bəhreynlə görüşdəki xal itkisinin səbəbini belə izah edib: “Həmin matçda qazon amili bizi mane oldu. İndi örtük “yatıb”. Slovakiyada da belə olmuşdu. Bu təcrübəni keçmişəm. Artıq ikinci görüşdə qazon amilinin təsiri olmadı və öz oyunumuzu sərgilədik. Açığı, Bəhreyn Sloveniyadan güclü komanda deyil. İkinci görüş də göstərdi ki, ilk turdakı xal itkisi meydan amilinə görə idi”.

E.Əlizadə Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinin dəstəyini də qeyd edib: “Dünya çempionatına yaxşı hazırlaşmışıq. Sloveniyaya qarşı komanda şəklində yaxşı oynadıq. Əzmkarlıq nümayiş etdirdik. Federasiya rəhbərliyinin komanda ilə söhbəti də müsbət təsirini göstərdi. İlk turdakı heç-heçədən sonra bizə dəstək oldular. Azarkeşlərə də təşəkkür edirəm. Onlar bizi artıqlaması ilə dəstəklədilər”.

İbrahim Cəfərov

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.