|
|
|
|

"Turan Tovuz” Misli Premyer Liqasında ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Tovuz təmsilçisi 36-cı turda “Kəpəz”i 4 cavabsız qolla məğlub edib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, klubun "Turan Tovuz" adı ilə çıxış etdikdən sonra Premyer Liqada 4 top fərqli 3-cü qələbədir. 2022/23 mövsümündə “Neftçi”ni, 2023/24 mövsümündə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Turan Tovuz” bu göstəricini
Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi Premyer Liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb.
Qeyd edək ki, Tovuz təmsilçisi 2022-ci ilin yayından hazırkı adla Premyer Liqada çıxış edir.



