|
|
|
|

Böyük Britaniya Rusiyanın hərbi, enerji və maliyyə sektorlarını, həmçinin müəyyən şəxslər və qurumları hədəf alan 100 yeni sanksiya elan edib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Böyük Britaniyanın son sanksiyalarının Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 17-ci sanksiya paketindən əvvəl elan edildiyini və bu addımların Ukraynada davamlı sülhə nail olmaq üçün beynəlxalq səylərin bir hissəsi olduğunu bildirib.
Açıqlamada Böyük Britaniyanın yeni sanksiyalarının Rusiyanın hərbi, enerji və maliyyə sektorlarını, eləcə də müəyyən şəxsləri və qurumlarını hədəf aldığı və “dezinformasiya kampaniyası aparan” Sosial Dizayn Agentliyinin daha 14 üzvünün sanksiyalar siyahısına əlavə edildiyi bildirilib.
Bəyanatda bugünkü sanksiya siyahısında 46 maliyyə qurumunun, Rusiya dövlət Əmanətlərin Sığortalanması Agentliyinin və Sankt-Peterburq Valyutasının yer aldığı, Rusiya neftini daşıyan və “kölgə donanması”na aid 18 gəminin və bu donanmaya dəstək verən şəxslər və qurumların olduğu barədə paylaşılan məlumatların yer aldığı bildirilib.
Malik Atilay



