https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Qarabağ" mütləq rekordçu, "Sabah" ilk dəfə

"Qarabağ" mütləq rekordçu, "Sabah" ilk dəfə

Azərbaycan kubokunun 2024/2025 mövsümünün finalında meydana çıxacaq iki komandadan yalnız biri əvvəllər mükafata sahib olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ” 8 dəfə kuboku qazanmaqla turnirin mütləq rekordunun sahibidir.

Qurban Qurbanovun komandası həm də kubokun son qalibidir. “Qarabağ” ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq, özünün sahib olduğu rekordu yeniləmək əzmindədir.

Tarixində ilk dəfə final həyəcanı yaşayacaq “Sabah” isə birinci titulunu əldə etməyə köklənib. Bakı klubu qalib gəlsə, kubokun sahibi olacaq 10-cu komanda kimi tarixə düşəcək.

1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: “Qarabağ” – 8, “Neftçi” – 6, “Kəpəz” – 4, “Xəzər Lənkəran”, “Bakı” – 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” – 2, “İnşaatçı” B, “Şəfa” – 1.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.