https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşısı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşısı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

525.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin “Teleqraf” agentliyinin informasiya dəstəyi ilə keçirdiyi sorğu nəticəsində “Qarabağ” klubunun portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade bu ada layiq görülüb.

Səsvermədə bu mövsüm 10 iştirakçı komandanın heyətində Azərbaycan Premyer Liqasının oyunlarında çıxış etmiş futbolçulardan 195-i, eləcə də 10 baş məşqçidən 9-u olmaqla, ümumilikdə 204 respondent iştirak edib.

Onlardan 59-u Leandro Andradeyə səs verib.

“Zirə”nin Qvineya-Bisaudan olan hücumçusu Salifu Suma 52 səslə ikinci,  Premyer Liqanı tərk edən “Səbail” komandasının yarımmüdafiəçisi Rüfət Abdullazadə 9 səslə üçüncü yeri tutub.

Səsvermədə “Qarabağ”ın 25, “Kəpəz”in 24, “Sabah”ın 23, “Səbail”in 22, “Neftçi”nin 19, “Zirə”, “Turan Tovuz” və “Sumqayıt”ın hərəyə 17, “Araz-Naxçıvan”ın 16, “Şamaxı”nın 15 futbolçusu seçimini edib. Baş məşqçilərdən isə yalnız Kurban Berdıyev (“Turan Tovuz”) qərar verməkdə çətinlik çəkdiyini bildirib.

Respondentlər ümumilikdə 40 futbolçuya səs veriblər.

İqor Ribeyro (“Araz-Naxçıvan”) və Yassin Benzia (“Qarabağ”) hərəyə 8, Emin Mahmudov (“Neftçi”), Marko Yankoviç (“Qarabağ”) və Ruan Renato (“Zirə”) hərəyə 5, Toral Bayramov (“Qarabağ”) 4, Nəriman Axundzadə (“Qarabağ”), Abdullah Zubir (“Qarabağ”) və Rza Cəfərov (“Neftçi”) hərəyə 3, Cesse Sekidika (“Sabah”), Umarali Raxmonaliyev (“Sabah”), Davit Volkov (“Zirə”), Qismət Alıyev (“Zirə”), Edqar Adilxanov (“Şamaxı”), Rafael Məhərrəmli (“Şamaxı”), Elvin Cəfərquliyev (“Qarabağ”), Kristian Avram (“Araz-Naxçıvan”), Rauf Hüseynli (“Kəpəz”), Ağadadaş Salyanski (“Neftçi”), Əlirza Müştəbazadə (“Səbail”), Faiq Hacıyev (“Turan Tovuz”), hərəyə 2 səs alıb. 

Məqsəd İsayev (“Zirə”), İssa Cibrila (“Zirə”), İsmayıl İbrahimli (“Zirə”), Anar Nəzirov (“Zirə”), Aydın Bayramov (“Zirə”), Coy-Lens Mikels (“Sabah”), Nicat Mehbalıyev (“Sabah”), Murad Xaçayev (“Sumqayıt”), Elvin Bədəlov (“Sumqayıt”), Leroy Mikels (“Şamaxı”), Rüfət Abbasov (“Şamaxı”), Rojerio Santos (“Kəpəz”), Denis Marandiçi (“Turan Tovuz”), Mateus Silva (“Qarabağ”), Hüseynəli Quliyev (“Səbail”), Urfan Abbasov (“Araz-Naxçıvan”) hərəyə 1 səs qazanıb.

Qaydalara əsasən, rəyi soruşulanlar öz komandaları istisna olmaqla, digər 9 klubun futbolçuları arasında seçib ediblər.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusu İdman Araşdırmalar Mərkəzi tərəfindən 2018-ci ildən seçilməyə başlayıb. Əvvəlki mövsümlərdə Cavid İmamverdiyev (2017/2018), Emin Mahmudov (2018/2019), Abdullah Zubir (2019/2020), Namik Ələskərov (2020/2021), Kadi Borges Malinovski (2021/2022) və Aleksey Kaşuk (2022/2023) ən yaxşı seçilib. 2023/2024 mövsümündə isə səsvermə keçirilməyib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.