|
|
|
|

Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 7 milyard 240,5 milyon manat təşkil edib.
525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 6 aylıq ödəniş tam icra edilib.



