|
|
|
|

Türkmənistanın BMT yanında Daimi nümayəndəsi Aksoltan Atayeva və Ruandanın nümayəndəsi Martin K Nqoqa ölkələr arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd imzalayıblar.
525.az xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Diplomatlar görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Aksoltan Atayeva Ruandanı qarşıdan gələn BMT-nin Dənizə çıxışı olmayan ölkələr üzrə konfransında (LLDC3) iştiraka dəvət edib.
Danışıqlardan sonra nümayəndələr tərəfdaşlıq üçün yeni imkanlar açacaq bu mühüm addım münasibətilə hər iki ölkənin hökumətlərini və xalqlarını təbrik ediblər.
Pərvanə Sultanova



