|
|
|
|

Koreya Xalq Demokratik Respublikasının rəhbəri (KXDR) Kim Çen In Rusiyaya səfərə dəvət edilib.
525.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Şimali Koreya liderinin səfərinin konkret parametrləri diplomatik kanallar vasitəsilə işlənir.
“Yoldaş Kimə 2025-ci ildə Rusiya Federasiyasına rəsmi səfərlə bağlı prezident tərəfindən rəsmi dəvət ünvanlanıb.
Səfərin spesifik parametrləri, o cümlədən vaxtı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir”, - Rudenko söyləyib.
Pərvanə Sultanova



