|
|
|
|

ABŞ “Ənsar Allah” üsyançı hərəkatından Yəmən husiləri ilə əlaqəli iki şəxs və beş şirkətə sanksiya tətbiq edib.
525.az xəbər verir ki, bu bardə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Sanksiyalar çirkli pulların yuyulması və "Ənsar Allah”ın nəzarətində olan əraziyə neft məhsullarının idxalına görə tətbiq edilib. Məhdudiyyətlər Yəmən və BƏƏ vətəndaşlarına, həmçinin Yəməndən üç, BƏƏ-dən iki şirkətə şamil edilib.
Sanksiya siyahısına daxil edilmək ABŞ-dakı aktivlərin dondurulması, Amerika vətəndaşlarına və şirkətlərinə onun subyektləri ilə biznes fəaliyyətinin qadağan edilməsi deməkdir.
Pərvanə Sultanova



